">
Caspian Construction  şirkətinin əməkdaşları tərəfindən 20 yanvar faciəsi qurbanları anıldı

Layihələndirmə xidməti

Layihələndirmə


Layihələndirmə tikinti prosesinin başlanğıc mərhələsidir. Şirkətimiz tikiləcək obyektin funksionallığı, təhlükəsizliyi və enerji səmərəliliyini təmin edəcək təkliflər təqdim edir və layihələndirmə prosesinə xüsusi diqqət yetirir. Layihələndirmə mərhələsində tikiləcək binanın tam və ətraflı təsvirini təqdim edir, bütün incəlik və xüsusiyyətləri nəzərə alaraq müştərilərin tələblərinə cavab verəcək işi ərsəyə gətiririk. 

Layihələndirmə mərhələsində əsas məqsəd həyata keçiriləcək yenilənmə işlərinin çertyojunu hazırlamaq və təhlükəsizlik tədbirləri üzərinə daha çox diqqət ayırmaqdır. Layihənin icrası zamanı sifarişçinin tapşırıqları, tikinti normaları və texniki nizamnamə tələbləri, həmçinin tikinti sahəsinin spesifik vəziyyəti nəzərə alınır. Nəticədə, müvafiq bir layihə hazırlanır və bu sənəd əsasında tikinti prosesi həyata keçirilir. 

Layihə üzrə işlər ilk olaraq məlumatların toplanması ilə başlayır. Geotexniki sınağın nəticələri ilə bağlı hesabatda qrunt və yeraltı suların vəziyyəti barədə məlumat yer alır. Topoqrafik planda isə ərazinin xüsusiyyətləri və məhdud cəhətləri barədə məlumatlar öz əksini tapır. Bu məlumatlara isə qırmızı xətlər, relyef, ətrafdakı tikililər, yeraltı kommunikasiyalar və yaşıllıq sahəsi aid edilir. Texniki şərtlər isə enerji sərfiyyatı ilə bağlı məsələləri həll edir və şəhər şəbəkələrinə qoşulma nöqtələrini müəyyənləşdirir. Layihə üzrə tamamlanmış sənədlər bir neçə cilddən ibarət olur və buraya yanğın təhlükəsizliyi, ətraf mühitin qorunması və binanın istilik mühafizəsini təmin edən tədbirlər barədə xüsusi bölmələr daxildir.

Layihə üzrə işlər
Müasir bina və tikililərin layihələndirilməsi ilkin həllərin hazırlanması ilə başlayır. Layihənin ilkin dizaynı obyektin və mərtəbələrin planlarından, bölmələrdən, perspektiv təsvirlərdən və fasadlardan ibarətdir.  

Müştəri inşa ediləcək binanın, onun funksional xüsusiyyətlərinin və yerləşməsinin tam təsvirini əldə edəcək. O, bununla yanaşı, tikilinin ərazidə sahib olduğu memarlıq perspektivlərini də qiymətləndirmək imkanına sahib olacaqdır. Şirkətimiz müxtəlif mürəkkəblikdə olan layihələrin hazırlanması ilə məşğul olur. 

Layihə üzrə sənədlərin tərkibinə aşağıdakılar aiddir:
Memarlıq və inşaat hissəsi;
Ümumi plan və nəqliyyat;
Mühəndislik bölmələri;
Texnologiya;
Yanğın əleyhinə tədbirlər;
Mülki-müdafiə və fövqəladə hallar əleyhinə tədbirlər;
Sistemlərin dizaynı;
Ətraf mühitin mühafizəsi;
İnşaatın təşkili layihəsi.
İşçi layihə 
Tikintilərin layihələndirilməsi zamanı konstruktiv həllər texniki və iqtisadi göstəricilərdən asılı olur. Konstruksiyaların dizaynı istifadə olunan materiallar da nəzərə alınmaqla, konkret tikinti şərtlərinə əsaslanır. Bina və digər tikililərin layihələndirilməsi texniki həll və şərtlər nəzərə alınmaqla, əməyin intensivliyi və tikinti xərclərinin maksimum azaldılması ilə həyata keçirilir. Binaların dizaynı zamanı müasir tikinti materiallarından istifadə nəzərə alınır.

İş sənədlərinə əsasən tikinti-quraşdırma işlərinin maya dəyəri hesablanır və smeta tərtib edilir. Bölmənin tərkibi tapşırıq tərtib edilərkən müəyyən edilir.

Tikililərin layihələndirilməsi
Şirkətimiz tikililərin ən ciddi keyfiyyət standartlarına uyğun layihələndirilməsini təklif edir:

Anbar binaları və məkanlar;
Ticarət mərkəzləri və komplekslər;
İdman stadionları və müxtəlif müasir idman obyektləri;
Monolit tikililərin layihələndirilməsi.
Bağ Evləri və Villalar
Layihələndirmənin təşkili 
Layihə dedikdə qrafik və mətn materialları toplusu nəzərdə tutulur. Bütün bunlar isə gələcək sənaye müəssisəsinin, yaşayış binasının və ya onların kompleksinin məlumatlarını özündə əks etdirir. 

Ev və ya ofisinizin tikintisinin, təmirinin təməlində doğru şəkildə qurulmuş layihələndirmə yer almalıdır.  Zaman itkisinə yol vermədən keyfiyyətli, dözümlü və rahat mühit yaratmaq üçün mütəxəssislərimizin təqdim etdiyi layihələndirmə xidmətini sifariş edin.
Unutmayın ki, təməli düzgün qoyulmuş bina, keyfiyyəti və zahiri görünüşü ilə  fərqlənir. Həm gördüyümüz işlərdə, həm də müştərilərimzlə münasibətlrimizdə möhkəm bünövrə bizim üçün cox önəmlidir!

Şirkətimiz müxtəlif məqsədlər üçün müasir binaların, evlərin və tikililərin inşasına yönəlmiş layihələndirmə işləri həyata keçirir.

Ofis binalarının və ya çoxfunksiyalı binaların memarlıq layihəsi şəhərsalma standartları, ictimai binalar üçün xüsusi tələblər, eyni zamanda iqlim, sanitariya və ətraf mühit standartları nəzərə alınmaqla hazırlanır.

Mütəxəssislərimiz tərəfindən yaradılan bütün layihə sənədləri müasir standartlara cavab verir. Qüsursuz keyfiyyətlə xarakterizə olunur və minimal qiymətə orijinal arxitekturalı binalar tikməyə imkan verir.